BMT-nin Baş katibi Antonio Quterreş Sudanda mülki şəxslərin qətlimaı ilə gündəmə gələn vətəndaş müharibəsi ilə bağlı həyəcan təbili çalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qətərdə keçirilən BMT zirvə toplantısında Afrikanın şimal-şərqində yerləşən Sudandakı daxili savaşın nazərətdən çıxdığını deyib.

Baş katb deyib ki, ordudan Faşir şəhərini alan Sürətli Dəstək Qüvvələrinin (SDQ) törətdiyi vəhşətə ad vermək mümkün deyil: "Hazırda orada dünyanın ən vəhşət xarakterli hadisələrinin cərəyən edir. Minlərlə mülki şəxs səbəbsiz öldürülüb, milyonlarla inan evlərindən didərgin düşüb. Bir sözlə, ölkə və bölgə böyük humanitar fəlakat yaşayır".

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün ölkəyə Beynəlxalq sülhməramlılar göndərilməlidir: "Sudanda təcili atəşkəsə ehtiyac var. Biz bu dözülməz qırğını dayandırmalıyıq. Müharibəni dayandırmağın vacib elementlərindən biri də Sudana daha çox silah girməməsini təmin etməkdir. Cinayətlər çox dəhşətli olduğundan, məsuliyyət mexanizmləri yaratmalıyıq."

Xatırladaq ki, Faşir şəhərində SDQ qüvvələri vaxtilə orduya dəsətk vermələri bəhanəsiylə mülki əhalini əsasən qılıncla doğrayır, öldürürlər.

Samir Musayev
MİA.AZ