Atəşkəs anlaşmasına baxmayaraq, İsrail ordusu Qəzza zolağına hücumları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, son 24 saatda həyata keçirilən hücumda 4 nəfər öldürülüb, 26 nəfər yaralanıb: "Bununla da ölənlərin sayı 68.872-yə, yaralıların sayı isə 170.693-ə çatıb".

Tahir Şəlvəli
MİA.AZ