İranda "Eyvanki" neft emalı zavodunda güclü yanğın baş verib, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.
Müəssisə Semnan əyalətinin Cənnət-Abad sənaye şəhərində yerləşir.
Ölən və ya xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.
Bildirilir ki, hadisə yerinə Semnan, Tehran və digər qonşu əyalətlərdən yanğınsöndürmə, təcili yardım briqadaları, polis və qəza-xilasetmə xidmətləri göndərilib.
Yerli KİV-lərin məlumatına görə, yanğının lokallaşdırılması işləri davam edir. Yanğının dəqiq səbəbləri ekspertlər tərəfindən aparılan araşdırma başa çatdıqdan sonra müəyyən ediləcək.