Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, 2026-cı ilin may ayında "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakına ümid edir.
O, bu barədə illik "Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.
"Ermənistan və Türkiyə münasibətləri doğru yoldadır", - N.Paşinyan qeyd edib.
O, həmçinin son vaxtlarda Ermənistan, Azərbaycan və Türkiyə arasında daimi institusional kommunikasiyanın qurulduğunu vurğulayıb.