Türkiyənin Muğla bölgəsində rusiyalı paraşütçü qəzaya düşərək həyatı ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Muğlanın Fəthiyə rayonunda baş verib.

Məlumata görə, rusiyalı paraşütçü Vyaçeslav Qribanov Ölüdəniz məhəlləsindəki Babadağ dağındakı 1700 metrlik uçuş-enmə zolağından havaya qalxıb: "O, bir müddət sonra naməlum səbəbdən qayalıq əraziyə çırpılaraq can verib..."

Məlumata görə, faktla bağlı araşdırma başlayıb.

Samir Musayev
MİA.AZ