Avropa İttifaqı İsrailə xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Komissarı Haca Lahbib jurnalistləri məlumatlandırıb.
Onun sözləriə görə, İsrailin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fələstinli məhbusları ziyarət etməsinə qadağa qoması yolverilməzdir: "Bu, beynəlxalq humanitar prinsipləri pozur. İsrail dərhal bu qadağanı qaldırmalıdır".
Xatırladaq ki, İsrailin müdafiə naziri Yisrael Katz BQXK-nın fələstinli məhbusları ziyarət etməsinə qadağa qoyub.
Tahir Şəlvəli
MİA.AZ