Türkiyə XİN: "HƏMAS Qəzzada idarəetməni planlanan bir komitəyə ötürməyə hazırdır"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı İstanbulda yeddi ölkənin iştirakı ilə keçirilən "Qəzza sammiti"ndə XİN başçısı Hakan Fidan deyib.

Onun sözlərinə görə,bu keçidə mane olan hazırda İsraiildir: "İsrail müntəzəm olaraq atəşkəsi pozur və hələ də humanitar yardıma icazə verməkdən imtina edir. Yardım anbarda qalır. İsrail öz öhdəliklərini yerinə yetirmir. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə təzyiqi yetərli deyil. Yaxın Şərq, keçmişdə böhranlara qərq olmasına baxmayaraq, həmişə ortaq bir həll yolu tapan bir bölgədir. Atəşkəsə xələl gətirən heç bir hərəkətə yol verilməməlidir. Bu yol səbir və qətiyyət tələb edir".

Firudin Səfərli
MİA.AZ