İsrail ordusu bu gün növbəti dəfə atəşkəsi pozaraq Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Bildirilib ki, bu gün İsrail ordusu dronlarla Xan Yunisin şərqində yerləşən Beni Suheyla şəhərində bir qrup fələstinliyə zərbə endirib: "Nəticədə onlarla insan yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Bundan başqa, şəhərin bəzi hissələri, həmçinin məktəbi artilleriya atəşinə tutulub. Buradakl itkilərin olub-olmaması dəqiqləşdirilir"
Məlumatda o da deyilir ki, İsrail əsgərləri Qəzza zolağının mərkəzindəki Nusayrat Qaçqın Düşərgəsinin sahilində bəzi qayıqları vurublar.
Tahir Şəlvəli
MİA.AZ