HƏMAS atəşkəs razılaşması çərçivəsində daha 3 israilli girovun cəsədini geri təhvil verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı olan "əl-Kasssam Tuqayları" məlumat yayıb.
Bildirilib ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının bir hissəsi olaraq həmin girovların cəsədlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilib.
Məlumata görə, Qırmızı Xaç Komitəsinin rəsmiləri cəsədləri şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza mərkəzinə aparıblar.
Tahir Şəlvəli
MİA.AZ