İsrail atəşkəs razılaşmasına baxmayaraq, Livana hücumlarını davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, israil ordusu dünıən olduğu kimi, bu gün səhərə yaxın Livanın cənubundakı Nəbatiyə şəhərinə zərbələr endirib.
Məlumatda deyilir ki, israil qüvvələri əsasən, Nəbatiyədəki Şəba və Haruf qəsəbələrini hədəfə alıb: "Burada xeyli obyekt dronlarla vurulub. Bundan başqa, Tir qəsəbəsi yaxınlığındakı Livan ordusunun hərbi postu da PUA-la səradan çıxarılıb"
İsrail mediası Livan prezidentinin orduya "ölkəni müdafiə edin" göstərişindən sonra "Hizbullah"ın müdafiə və hücum qabiliyyətlərini bərpa etməyə çalışdığını iddia edib: "Bu səbəbdən Livana hücumların güclənəcəyi planlaşdırılır".
Tahir Şəlvəli
MİA.AZ
 
                 
                 
                                 
                                 
                                 
                                 
                                jpg-1705053511.jpg) 
                                 
                                 
                                
