Litva hökuməti Belarusla sərhədi qapadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb sıərhəddən hava şarları vasitəsiylə qaçaq malar daşınmasıdır.
Litva hökuməti bildirib ki, bu problem və onun həlli üçün sərhəd bir aylıq qapalı saxlanılacaq: "Hökumət Medininkay və Salçininkay sərhəd keçidlərinin 30 noyabr tarixinə qədər bağlı qalacağına və zərurət yarandıqda bağlanma müddətinin uzadıla biləcəyinə qərar verib".
Litvanın daxili işlər naziri Vladislav Kondratoviç hökumət iclasında bildirib ki, sərhəd keçid məntəqləri isə yalnız diplomatlar, Rusiyanın Kalininqrad bölgəsinə tranzitlə gedənlər, Litvaya qayıdan vətəndaşlar, Avropa Birliyi və NATO ölkələri vətəndaşları və onların ailə üzvləri, eləcə də Litvada yaşayış icazəsi olan şəxslər üçün açıq olacaq.
Lamiyə Əhmədli
MİA.AZ