Türkiyənin Antalyada şəhridə keçmiş Kemer bələdiyyə sədri, CHP-li Mustafa Gül saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "fırıldaqçılıq"da ittiham olunuur.
Məlumata görə, Antalyanın Kemer rayonunda yaşayan biznesmen M.N.A. ad-soyadlı şəxsin obyektlərinin birində məhkəmə mübahisə olub: "O, Kemer Rayon Prokurorluğuna şikayət ərizəsində bildirib ki, həmin obyektlə bağlı rəy hazırlanması və bunun üçün ona 9500 dollar verilməsi məsələsində Mustafa Gül ona təsir edib. Biznesmen iddia edib ki, Mustafa Gülün obyektinə gələərək onun ətrafındakı obyektlərin də telefonla şəklini çəkməsindən sonra qorxuya düşüb və razılaşmaq məxburiyyətində qalıb".
İşin maarqlı tərəfi budur ki, bzinesmen prokurorluqdan aldığı "nömrəli pulları" bir vasitəçiylə Mustafa Gülə verib: "Keçmiş bələdiyyə sədrinin evində aparılan axtarş zamanı həmin pullar da evdən çıxıb. Hazırda istintaq davam edir".
Firudin Səfərli
MİA.AZ