Baş nazir Netanyahunun əmri ilə İsrail ordusu Qəzzaya yenidən zərbələr endirməyə başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 46-sı uşaq olmaqla 104 fələstinli həyatı ilə vidalaşıb.
Qəzzadakı Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, dünən gecədən bəri İsrail ordusu zərbələrə davam edir: "Axşamdan bəri 104 ölü faktı təsdiqlənib, onlardan 46-sı azyaşlıdır".
Nazirlik ölü və yaralı sayının artmasını istisna etmir.
Tahir Şəlvəli
MİA.AZ