Rəsmi Ankara Afrika ölkəsi Sudanda orduyla döyüşən Çevik Dəstək Qüvvələrinin (ÇDQ) ələ keçirdiyi şəhərdə mülki insanları öldürməsinə etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Sudandakı son hadisələrin narahatlıqla izlənildiyi bildirilib: "Biz ÇDQ-nin nəzarəti altına keçən Faşir şəhərində mülki şəxslərə qarşı törədilən vəhşilikləri diqqətlə izləyir və qətiyyətlıə qətiyyətlə pisləyirik. Məsələ ilə bağlı Ərəb Liqasının bəyanatına qatılır və Sudanın birliyinə, ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstəyimizi bir daha təkrarlayırıq"

XİN daha sonra daxili qarşıdurmanın dialoq və sülh yolu ilə həllininə çağırış edib.

Xatırlaadq ki, 2023-də başlayan toqqşma səbəbindən 14 milyondan çox insanın ev-eşiyindənolub, minlərlə adam ölüb və ya yaralanıb.

Tahir Şəlvəli
MİA.AZ