Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatı ilə əlaqəli şəxslərə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla  ümumilikdə 18 nəfər saxlanılıb.

Bursa Polis İdarəsindən fakt təsdiqlənib. Qeyd olunub ki, əvvəlcədən izlənilən İŞİD üzvlərinə qarşı şəhərin Karacabey rayonunda əməliyyat baş tutub: "Əməliyyatla İŞİD-lə əlaqəsi olan 19 şübhəlidən 18-i saxlanılıvb. Bir nəfərin axtarışı davam edir".

Məlumatda deyilir ki, saxlanılanların iş və evlərindən qondarma təşkilatla bağlı sübutlar götürülüb.

Tahir Şəlvəli
MİA.AZ