HƏMAS-ın silahlı qanadı olan "əl-Kassam Tuqayları" ötən gecə daha bir israilli əsirin dağıntılar altından çıxarılan cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BQXK məlumat yayıb.

Bildirilib ki, atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində təhvil verilən cəsədin şəxsiyyətinin müəyyən edilməsi üçün ekspertiza aparılacaq: "Bundan sonra isə ailəsinə təhvil veriləcək"

Məlumatda o da deyilir ki, bununla da HƏMAS-ın srailə təhvil verdiyi ölü əsirlərin sayı 16-ya çatıb: "Hələ də dağıntılar altında 28 israilli əsirin cəsədi var".

Tahir Şəlvəli
MİA.AZ