Əkrəm İmamoğlunun qandallanmasından sonra da İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya ittihamı çərçivəsində mart ayından indiyə qədər hələ də həbslər davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün korrupsiya ittihamına əlavə olunmuş casusluq iddiası ilə daha 7 nəfər saxlanııb.
Məlumata görə, onlar "İstanbul senin" platformasına qoşulmuş 4,7 milyon istifadəçinin şəxsi məlumatlarını iki fərqli ölkəyə sızdırmaqda ittiham olunublar.
İstanbul Baş Prokurorluğunun məlumatına görə, bu çərçivədə 15 nəfər saxlanılsa da, onlardan 2-si ifadələri alındıqdan sonra sərbəst buraxılıb: "Qalan 13 nəfər haqqında həbs tədbiri seçilməsi üçünsə İstanbuldakı Çağlayanda Məhkəməsinə göndərilib".
Prokurorluqdan bildirib ki, Əkrəm İmamoğlunun lideri olduğu iddia edilən mənfəətyönlü cinayətkar təşkilatın fəaliyyəti və hərəkətləri ilə bağlı istintaq çərçivəsində 4,7 milyon istifadəçinin şəxsi məlumatlarının və qaldıqları ünvanların xarici ölkəyə sızdırılmasına görə adlarıaşağıda çəkilən şəxslərin "əl"i var:
"Kobil Technology Inc". İdarə Heyətinin sədri İsmət Koyun, "Kobil Mycity Platform Technology Inc." proqram təminatçısı Abdullah Uygun, Ayhan Güvenli, Adem Ok, İraz Bayrak, İdris Yıldırım, Mehmet Çağlar Kuru, Emrah Yüksel, Hüsnücan Şen, Elif Yıldız Kızılca, Esra Huri Bulduk, Nuri Cem Ceylan və Şehide Zehra Keleş Yüksel.
Firudin Səfərli
MİA.AZ