"Qalatasaray"ın 43 qol ataraq tarix yazan nigeriyalı ulduzu Viktor Osimhen baş məşqçi Okan Buruku tərifləyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Göztepe"yə 3-1 hesablı qələbədən sonra jurnalistlərə "Qalatasaray"da baş məşqçi Okan Burukun rəhbərliyi altında oynamağın böyük fürsət olduğunu deyib:
"Mənə deyirlər ki, Okan Burukun "Qalatasaray"da ümumilikdə vurduğu 43 qol rekorduna yetişmişəm. Bu, mənim üçün gözəl bir şeydir. Okan Buruk oyunçu kimi də böyük əfsanə olub. İndi o, məşqçi kimi əla işlər görür. Onun kimi biri ilə çalışmaq həqiqətən böyük fürsətdir. Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam. O, əla insandır. Meydanda və meydandan kənarda bizə çox hörmətlə yanaşır. O, oyunçularını necə motivasiya etməyi bilir"
Qarşıdakı "Trabzonspor"və "Ayaks" matçları ilə bağlı da sualları ccavablandıran Osimhenın sözlərinə görə, hər iki rəqib güclü komandalardır: ""Trabzonspor" və "Ayaks"a hörmətim var. Onların əla oyunçuları var. Onlar əla komandalardır. Amma əvvəllər də dediyim kimi, dünyanın istənilən komandasını məğlub etmək gücnüdəyik. Biz oyunlara hazırıq. Asan oyunlar oynamayacağıq. Qazanmaq üçün əlimizdən gələni edəcəyik"
Fərid ASLAN
MİA.AZ