Türkiyə Super Liqasının 10-cu turunda "Kasımpaşa" ilə səfərdə 1-1 hesablı heç-heçədən sonra "Beşiktaş"ın Baş məşqçisi Sergen Yalçın oyunçuları günahlandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyuna yaxşı başlasalar da, yaranan fürsətləri qola çevirə bilmədiklərini deyib:
"Oyuna yaxşı başladıq. Bizim üçün yaxşı bir gecə olacaq kimi görünürdü. Erkən qol vurduq, üstünlüyü ələ keçirdik. Sonra penaltidən qaçırdıq və dərhal sonra qol buraxdıq. İkinci hissədə üç-dörd qol şansımız oldu, amma qol vura bilmədik. Rəqibimiz qol şansı olmdan qol vurdu. Bu baxımdan şanssızıq. Bu, təkcə bu günün problemi deyil. Bu, 4-5 ildir yığılan bir problemdir. Mən onları həll etmək üçün buradayam. Düşünürəm ki, onları həll etmək üçün kifayət qədər təcrübəm var. Bizə azı iki və ya üç transfer lazımdır. Bu problemləri hazırda həll etmək çətindir. Komandanı bir araya gətirmək üçün çox çalışırıq. Burada müzakirə edə bilməyəcəyimiz bəzi problemlər var. Əlbəttə, azarkeşlərimiz də narazıdırlar, haqlıdırlar. Onlar da nəticə istəyir. Lakintəəssüf ki, 4-5 qol fürsəti yaranır, ancaq oyunçularımız bunu qola çevirə bilmir. Buna isə artıq heç nə edə bilmərəm..."
Təcrübəli məşqçi gələn həftə keçiriləcək "Fənərbağça" derbisi ilə bağlı da bildirb ki, derbinin ruhu tamam fərqlİdir: "Hər kəs derbi qazanmaq istəyir. Azarkeşlər də bu hissi yaşamaq istəyirlər. Biz çox çalışacağıq və həmin matçı qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Fərid ASLAN
MİA.AZ