"Qalatasarayın baş məşqçisi Okan Buruk "Göztepe"yə 3-1 hesablı qələbədən sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çətin bir komandaya qarşı gözəl bir qələbə qazandıqlarını söyləyib.

"Göztepe"nin keyfiyyətli komanda olduğunu deyən Buruk bildirib ki, bu, onun komandanın başında olduğu dövrədn indiyədək qazandığı 100-cü qələbə kimi də böyük tarixi anlam daşıyır.

"Qalatasaray" karyerasında 43-cü qola imza atan Viktor Osimhenin performansı ilə bağlı sualı da cavablandıran Okan Buruk deyib ki, o, bu hədəfə çox tez yetişib.

Buruk deyib ki, qarşıdakı bütün oyunlar onlar üçün çempionluq yarışında final xarakterli olacaq.

Fərid ASLAN
MİA.AZ