Tür furbolunda hakim və məşqçilərin mərc oyunlarlna böyük pullar qoyduğu üçün ədaltsizliyin baş alıb getməsi barədə iddialar təsdiqlənməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu mətbuat konfransında sensasiyalı faktlar açıqlayıb.

O bildirib ki, təmiz və etik türk futbolunu təşviq etmək üçün əvvəlcə federasiyadan, onun tabeliyindəki qurumlarda tədbirlərə start verilib: "Təsəvvür edin k, araşdırmamazla hakimlərimzin mərc oyunlarının aktif və faəl üzvəri olduğu aşkarlanıb. Baxın, peşəkar liqalarda vəzifə alan 571 hakimdən 371-nin mərc hesabı var. Onlardan 152-si daha aktiv şəkildə  mərc oyunlarının aludəçisidir"

İbrahim Hacıosmanoğlunun sözlərinə görə, aylardır dövlət qurumları ilə bu istiqamətdə məxfi iş aparırlar: "İllərdir danışılan mərc məsələsi ortaya çıxdıqdan sonra, illərdir Türkiyə futbolundakı korrupsiyanın və əxlaqsızlığın miqyası heyrət doğurur. Sizə deyə bilərəm ki, elə hakim var ki, indiyə qədər 18227 dəfə mərc saytına pul yatırıb, hakim var ki, 10 mindən çox. Belə hakim ədalətli oyun apara bilərmi?"

TFF rəhbəri deyib ki, onların hamısı layiq olduqları cəzaları alacaqlar: "Araşdırmalarmız ən dərin qata qədər enəcək. Heç kəs də cəzasız qalmayacaq.  Türk futbolundakı bütün çirk və iyərnclikləri təmizləmək bizim vəzifəmizdir"

Fərid ASLAN
MİA.AZ