Xəbər verdiyimiz kimi, bu gün Ankara məhkəməsi CHP-nin əvvəlki quultayına qarşı qaldırılan iki iddianı da rədd edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərardan sonra partiyanın sabiq sədri Kamal Kılıçdaroğlunun siyasi karyerası rəsmən nöqtələnib.

Türkiyə mətbuatı yazır ki, ötən qurultaylarda saxtakarlıq təsdiqlənərdisə, onun üçün bir ümid işıq yanacaqdır: "Lakin məhkəmə həm onun, həm də keçmiş Hatay Böyükşəhər Bələdiyyə sədri  Lütfü Savaşın açdığı iddiaları tamamilə əsasız sayıaarq qəbul etməyib: "Bununla da Özgür Özəl və komandası tamamilə qanuni seçildiyi təsdiqlənib. Eyni zamanda, cəmiyyətin gözündə onlar etibarlarını yeniləyiblər.Kılıçdaroğlu isə bu proseslə "iqtidarın əlinə oynamaq" epiteti ilə həm gözdən düşdü, həm də partiya rəhbərliyinə qayıma fürsətini itirdi. Bir sözlə, o, siyasi karyerasını bitirdi..."

Firudin Səfərli
MİA.AZ