"İsrailin işğal altındfa saxladığı qanuni Fələstin torpaqlarında - İordan çayının qərb sahilidəki məskunlaşma siyasəti və üstəlik, parlamentin bu siyaəstə yönəlik "ilhaq qərarı" beynəlxalq hüquqa ziddir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Jeremy Laurence deyib.

O, İsraili bu addımları ilə beynəlxalq qanunları pozmaqda ittiham edib: "İsrail Parlamenti işğal olunmuş Qərb Sahilidəki Fələstin torpaqlarında qanunsuz salınan və salınacaq yəhudi məskunlaşma planlarını, yəni, birbaşa və açq formada ilhaq planını təsdiqlədi. Əlbəttə, dediyim kimi, bu, beynəlxalq qanunlarla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) tərəfindən çıxarılan qətnamələri də saymamaqdır. İsrail bu addımı ilə fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnu da heçə sayıb. Biz Tel-Əvivə səslənir və oradakı bütün məskunlaşma fəaliyyətlərini dərhal, özü də tamamilə dayandırmağa çağırırıq"

Tahir Şəlvəli
MİA.AZ