"ABŞ-ın əsassız tələbləri davam etdikcə, biz danışıqlar masasına dönməyəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ranın xarici işlər naziri Abbas Erakçi  Məşhəddə jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, ABŞ-la danışıqlar qarşı tərəfin yersiz və tamamilə hədsiz tələbləri səbəbindən dayandırılıb: "Amerikalılar həddindən artıq əsassız və gerçəkləşməsi qətiyyən mümkün olmayan tələblər irəli sürüb. Onlar bu kimi siyasətindən əl çəkmədikcə, əsassız tələblər irəli sürdükcə. İran danışıqlar masasına qayıtmayacaq"

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun vasitəçilər vasitəsilə Tehranla əlaqə saxladığını da sözlərinə əlavə edib: "Biz də ona öz fikrimizi aydın təqdim etmişik"

Tahir Şəlvəli
MİA.AZ