Türkiyənin Qaziantep bölgəsində güclü yağış selə səbəb olub

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantepdə axşam saatlarında yağan leysan gündəlik həyatı "alt-üst" edib.

Məlumata görə, güclü yağış səbəbindən bölgədə sel yaranıb, bir çox  küçə və prospektləri su basıb: "Bəzi iş yerlləri və maşınlar su altında qalıb".

Rəsmi məlumatda əhaliyə bu gecə və sabah da güclü yağışın davam edəcəyi xəbərdarlığı olunub.

Firudin Səfərli
MİA.AZ