Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Küveytə səfər edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyədə qarşılanan Prezident Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə ikitərəfli və nümayəndə heyətləri ilə birgə görüşlər keçirilib.
Ərdoğan Küveyt əmiri əs-Sabaha Türkiyənin yerli istehsalı olan “Togg” adlı elektrikli avtomobil hədiyyə edib.
Bayan sarayındakı danışıqlardan sonra iki ölkə arasında müxtəlif müqavilələrin imzalandığı mərasim keçirilib: "Türkiyə ilə Küveyt arasında “Dəniz daşımaları sazişi”, “Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu”nu, həmçinin, Türkiyə ilə Küveyt arasında enerji sahəsində əməkdaşlığa dair, o cümlədən elektrik, su və bərpa olunan enerji ilə bağlı yeni sənədlər imzalanıb".
Samir MUSAYEV
MİA.AZ