Azərbaycan və Ermənistan parlament sədrlərinin oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində ikitərəfli görüşü keçirilib.
Mia.az xəbıər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını vurğulayıblar.