NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə Hörmüz boğazında təhlükəsizliyin təminatı ilə bağlı təhdidinə cavab verib.

Mia.az xarici mətbuata istinadlıa xəbər verir ki, bu barədə NATO-nun yaydığı açıqlamaya görə, Alyans bölgədə gedən savaşı yaxından izləyir və lazımı addımları da atıb: "NATO Aralıq dənizində əlavə təhlükəsizlik tədbirləri görüb. Əlavə nə edə biləcəyimizi də üzv ölkələrlə müzakirə edirik".

Xatırladaq ki, Tramp "Əgər NATO bizə bu məsələdə kömək etməzsə, o zaman qurumun gələcəyi üçün çox pis olacaq", - deyə hədələyib.

Firudin Səfərli

MİA.AZ