Gələn həftə Macarıstanda ABŞ və Rusya liderlərinin planlanan görüşünün təxirə salınacağı haqda yayılan xəbərə rəsmi Moskvadan şərh verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırıb.

O, Putin və Tramp arasında Budapeştdə planlaşdırılan zirvə görüşünün təxirə salındığı iddiaları barədə suala belə cavab verib:  "Əlbəttə, elə böyük sammit üçün intensiv hazırlıq lazımdır. Ancaq nə bizim, nə də ABŞ-ın açıqlamalarında sammitin tarixi qeyd olunmayıb. Yəni, tarixi elan olunmamış görüşün təxirə salınması barədə danışmaq doğru deyil"

Tahir Şəlvəli
MİA.AZ