Bu gün Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefonla danışıb.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, nazirlər ötən həftə sonu Ankarada iki ölkə rəsmiləri arasında təhlükəsizliklə bağlı keçirilən görüşdə müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumatda deyilir ki, əsasən bu gün kürd silahlılarının - Suriya Demokratik Qüvvələrinin (PKK/YPG) mart ayındakı anlaşmaya uyğun olaraq silahları yerə qoyaraq hökumətə inteqrasoyası müzakirə olunub.

Türkiyə mediası yazır ki, Hakan Fidan həmkarı ilə söhbətində Türkiyənin Suriyanın bütövlüyünə dəstəyinin dəyişməz olduğunu bir daha vurğulayıb.

Tahir Şəlvəli
MİA.AZ