"Əfqanıstanla toqquşmalarımız oldu, daha sonra 48 saatlıq atəşkəsə razılıq verdik"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Pakistanın baş naziri Şahbaz Şərif hökumətin iclasına deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı problemlərin birdəfəlik həllinə ümid edir: "Bunu üçün bizim onlardan açıq tələblərimiz var. Əgər Əfqan hökuməti bizim qanuni şərtlərimizi yerinə yetirməyə hazırdırsa, danışıqlara davam edərik. Əks hada gərəkli addımları atacağıq. Ümid edirəm, qarşı tərəf bu mesajımıza ciddi yanaşacaq və alzımlı addımları atacaq".
Baş nazir deyib ki, bəzi müttəfiq ölkələr də vasitəçilik edərək, problemin həllinə çalışırlar: "Hər kəs bilir ki, bzi 48 saatlıq müvəqqəti atəşkəsi əfqan tərəfinin tələbi ilə elan etdik. Ancaq bundan daha çox zaman tanıya bilmərik".
Xatırladaq ki, Pakistan ordusu ölkənin sərhəd bölgələrində tez-tez terror törədən "Pakistan Taliban Təşkilatı"na (PTT) qarşı mübarizə" çərçivəsində oktyabrın 9-da Kabilə bir neçə hava zərbəsi endirib. Oktyabrın 11-də isə Taliban rejimi qüvvələri Pakistanın sərhəd bölgəsindəki postlarına geniş hücumlara keçib. Nəticədə hər iki tərf itki verib. pakistan isə 20-yə yaxın sərhəd postunu əə keçirib. Daha sonra Əfqanıstan administrasiyası Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə döyüşlərin dayandırılmasına nail olub. Sabah axşam isə 48 saatlıq atəşkəsin müddəti bitir.
Tahir Şəlvəli
MİA.AZ