Ermənistanda dələduzlar şəxsi məlumatları oğurlamaq üçün sosial şəbəkələrdə vəzifəli şəxslərin adına saxta profillər yaradılır.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, son vaxtlar vətəndaşların kompüter məlumatlarının istifadəsi, dəyişdirilməsi, bloklanması halları artıb. Xüsusilə, bank məlumatlarını əldə etmək, pul oğurlamaq üçün müxtəlif vəzifəli şəxslərin adına sosial şəbəkələrdə profillər yaradılır.

Bununla əlaqədar MTX vətəndaşları dələduzların qurbanı olmamaq üçün sayıq olmağa çağırıb.

Daha əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan vatsapda onun adına saxta profil yaradıldığını bildirmişdi.