"Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarını döyüb.

Bu barədə Mia.az-a verilən məlumata əsasən, dünən səhər Sədərək Ticarət Mərkəzinin  mühafizəçiləri Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüb ticraət mərkəzinindən qovublar.

Məlumata videokadrlar da əlavə olunub. Görüntülərdənaydın olur ki, mühafizəçilər təzyiqlə ADRA əməkdaşlarına mane olublar.

Məlumata görə, insidentə səbəb Agentlik əməkdaşlarının reklam lövhələrini sökmək istəmələri olub.

***

Dövlət Reklam Agentliyi (ADRA) “Sədərək” ticarət mərkəzində əməkdaşlarının döyüldüyünü təsdiqləyib.

Mia.az xəbər verir ki, bu barədə ADRA-nın məlumatında deyilir: “13 oktyabr 2025-ci iltarixində Dövlət Reklam Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeyd olunan qanunvericilik aktlarının icrası ilə əlaqədar, xidməti vəzifələrini yerinə yetirən zaman həmin vaxt sözügedən ərazidə olan bir qrup şəxs ictimai qaydanı kobud surətdə pozmaqla əməkdaşlarımıza qarşı zor tətbiq etmiş, həmçinin Agentliyə məxsus xidməti avtomobillərə ziyan vurmuşlar”.

Samir

MİA.AZ