Bloger Əlixan Rəcəbov Azərbaycan Hava Yollarının (AZAL) fəaliyyətindən narazılığını bildirib.
Mia.az Kontekst.az-a istinadla xəbər verir ki, o, bu barədə “Instagram”da paylaşım edib.
Bloger bildirib ki, martın 23-də AZAL təyyarəsi ilə Moskvaya uçublar. Lakin aeroporta endikdən sonra 300-dən çox sərnişinin çamadanı gəlib çatmayıb.
“Bu da bizim AZAL-ın göstərdiyi xidmət. Hazırda hamımız çamadanlarımızı tapmaq üçün ərizələr yazırıq. Biabırçılıq…”, – Əlixan Rəcəbov deyib.
Hələlik AZAL-dan məsələ ilə bağlı açıqlama verilməyib.