"Bilmək istərdim: cənab Baş direktor ("Azəriqaz"ın Baş direktoru Azər Məmmədov nəzərdə tutulur-Mia.az) Fəxri Fərmanı işçiyə təqdim edərkən Həmkarlar İttifaqı hərəkatı dedikdə nəyi nəzərdə tutur?".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.

O bildirib ki, "Azəriqaz"ın Baş direktor Azər Məmmədov kütləvi ixtisarlar apardığı kimi, həm də rayonlara səfər edərək, Fəxri Fərman paylamağı sevir:

MİRVARİ QƏHRƏMANLI

"Bununla əlaqədar verilən məlumatın sonunda da yazılır ki:

​ - Birliyin əməkdaşları faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı (HT) hərəkatında (???) fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Bu halda HT hərəkatında fəal iştirak dedikdə, nəyi nəzərdə tutursunuz cənab bu Fəxri Fərmana qol çəkənlər?

- Hüquqlarını müdafiə etmədiyiniz halda (ARƏM maddə 309) "kollektiv" şəklində hər ay bütün işçilərin öz əmək haqlarının 1% - 2% -ni HT-nin bank hesabına keçirməklərinimi?".

Komitə sədri qeyd edib ki, HT sədri də həmin vəsaitdən aylıq əmək haqqı alır: "Özüdə ki, kifayət qədər yüksək...".

Samir MUSAYEV

MİA.AZ