2025-2028-ci illərdə 40 nəfər əcnəbi tələbənin təhsil almaq üçün Sumqayıt Dövlət Universitetinə (SDU) gətirilməsi üzrə vasitəçilik xidmətlərinə 103 250 AZN sərf olunacaq.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu xidməti “Education in Azerbaijan” MMC həyata keçirəcək.

“Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxsi və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.