"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın sağ cinah yarımmüdafiəçi Cengiz Ünderi komandaya cəlb etməsindən sonra "Fənərbağça"nın daha bir futbolçusuna "göz qoyub".
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, Sergen Yalçın indi də müdafiəçi Çağlar Söyüncünün transferi ilə bağlı rəhbərliyə istəyini çatdırıb.
Sergen Yalçının rəhbərlikdən "mütləq onu alın", - deyə tələb etdiyii mərkəz müdafiəçisi Çağlar Söyüncünün də "Fənərbağça"dan ayrılmaq istədyi haqda xəbərlər var.
Məlumata görə, yanvar transfer dönəmi başlayan kimi "Beşiktaş" onu heyətinə qatacaq.
Fərid ASLAN
Mia.az