"Beşiktaş" klubu "Qalatasaray" matçından sonra ağrı hiss edən El Bilal Turenin vəziyyəti ilə bağlı məlumat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamada deyilir:

"Futbolçumuz El Bilal Turenin sol budunun arxa hissəsində ağrılar olub. Xəstəxanada aparılan MRT müayinəsi zamanı onun bud əzələsinin arxa hissəsində dartılma və qanaxma aşkar edilib. Futbolçumuz hazırda İstanbulda müalicə alır."

Fərid 

MİA.AZ