İngiltərə çempionatında çıxış edən "Hall Siti" klubu "Trabzonspor"un futbolçusu Ozan Tufanı yenidən transfer etmək istəyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub yanvar ayında açılacaq transfer pəncərəsi dönəmində onu heyətinə qatacaq.
Məlumata görə, Acun Ilıcalının sahibi olduğu "Hall Siti" keçmiş oyunçuları olmuş Ozanla ilkin danışıqlar aparıblar: "O, bu transferə isti yanaşır"
Klubun idman direktoru Jared Dublin xəbəri təsdiqləyib.
Fərid ASLAN
MİA.AZ