Türkiyə 1-ci Liqa komandalarından "Amedspor" baş məşqçi Mehmet Altıparmakla yollarını ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Açıqlamada deyilib:

"Peşəkar Futbol A Komandamızın baş məşqçisi Mehmet Altıparmak ilə müzakirələrdən sonra yollarımızı ayırmaq barədə qarşılıqlı razılığa gəldik. Mehmet Altıparmak və köməkçilərinə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq."

Fərid

MİA.AZ