"Arsenal" müdafiəçisi Vilyam Saliba ilə yeni müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İngiltərə nəhəngi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, ulduz müdafiəçi ilə 2030-cu ilə qədər qüvvədə olan 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Saliba "Arsenal" heyətində 6 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ