"Nitsa"nın baş məşqçisi Frank Hayse UEFA Avropa Liqasının ikinci turu çərçivəsində İstanbulda qarşılaşacaqları "Fənərbağça" ilə oyundan danışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təcrübəli məşqçi ounun favoritinin "Fənərbağça" olduğunu deyib.
Fransalı məşqçi bildirib ki, bu gün saat 20:45-də başlayacaq matça tam gücləri ilə çıxacaqlar: "Fransa Liqası və Kubokundə iki uğursuz oyundan sonra bu matç bizim üçün motivasiya qyanağı ola bilər. Açıq desək, matç bizim üçün bir fürsətdir. Çox keyfiyyətli komanda ilə oynayacağıq. Maraqlı və əla matç olacaq. "Fənərbağça"nın təcrübəli və peşəkar oyunşuları çoxdur, bu, göz qabağındadır. Lakin bu, bizi qorxutmur. Matçda qalib gəlmək üçün oynayacağıq"
Fərid ASLAN
MİA.AZ