"Ağır olacaq, ancaq bəzi daşları yerinə oturdacağıq".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Super Liqanın 8-ci turundaı "Göztepe"yə 1:0 hesabı ilə məğlub olan "RAMS Başakşehir"in tanınmış Baş məşqçisi Nuri Şahin oyundan sonra deyib.
O bildirib ki, iki həftədir komandanın başına gətirilib: "Daha yaxşı "Başakşehir" təqdim etmək istəyirik, lakin hər şeyi həll etmək üçün fasiləyə qədər bir az əziyyət çəkməli olacağıq. Bundan sonra hər şeyin daha yaxşı olacağına əminəm. Əvvəla, mövsümün ortasında komandaya gəlmək, onu toparlamaq çox çətindir. Bizə daşları yerinə oturtmaq üçün vaxt lazmdır. Ağır olsa da, bunu bacaracağıq"
Fərid ASLAN
MİA.AZ