"Real Madrid" "PSJ"nin portuqaliyalı yarımmüdafiəçisi Vitinyanı heyətinə qatmaq istəyir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumatda bildirilib ki, "Real Madrid" maraqlı bir təklifə hazırlaşır.
Madrid Vitinya üçün "PSJ"yə 50 milyon avro+ Rodriqonu təklif edəcək.
Xatırladaq ki, Rodriqo "Real Madrid" heyətində artıq şans tapa bilmir.
Fərid
MİA.AZ