"Mançester Siti" 20 yaşlı ingilis yarımmüdafiəçi Niko O'Reyli ilə yeni müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilb ki, gənc oyunçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olan 5 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, 20 yaşlı futbolçu səkkiz yaşında kluba qoşulduqdan sonra əsas komandaya yüksəlib və indiyədək klubda 27 oyuna çıxıb, 5 qol vurub.

Fərid

MİA.AZ