"Qalatasaray" UEFA Çempionlar Liqasında sabah "Liverpul"u qonaq edəcək.
Mia.az Türiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə baş məşqçi Okan Buruk jurnalistlərə açıqlama verib.
O, deyib:
"Bu matçlar səhnədə real potensialımızı nümayiş etdirməli olduğumuz oyunlardır. Xüsusilə bu cür ev matçları güclü təzyiq göstərməli və rəqiblərimizi təzyiq altında saxlamalı olduğumuz matçdır. Sabah azarkeşlərimizlə buna nail olacağımızı bilirik. Biz çoxlu belə matçlar keçirmişik. "Liverpul" mənim zamanımda keçirdiyimiz ən çətin matçlardan biri olacaq. Onlar çox yaxşı və uğurlu komandadır. Sabah öz planlarımızla meydanda olmaq və əlimizdən gələni etmək istəyirik."
Fərid Əhmədov
MİA.AZ