Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq “Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub.
Mia.az xəbər verir ki, matçı türk kökənli niderlandlı Serdar Gözübüyük idarə edəcək. Ervin Zeinstra, Patrik İnia onun köməkçiləri olacaq. 4-cü hakim isə Yannik Van Der Laan təyin edilib.
MİA.AZ