Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) “Fənərbaxça” klubunu və onun sabiq prezidentini cəzalandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PFDK-in qərarına əsasən, klub 620 min lirə, sabiq prezident Ali Koç isə 15 gün müddətinə futboldan uzaqlaşdırılmaqla, 2 milyon lirə cərimələnib.
TFF-dən bildirilib ki, bu qərar "Fənərbağça"nın "Alanyaspor"la liqa matçında (Oyun 2-2 bitib) Ali Koç futbol və qurumlarının nüfuzuna xələl gətirən ifadələrə, klub isə azarkeşlərin təhqiramiz şüarlarına görə cəzalandırılıb.
Fərid ASLAN
MİA.AZ