"Bu gün qalib gəlmək üçün meydanda olacağıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri"Fənərbağça"nın kapitanı Milan Skrinyar bu gü Bakı vaxtilə saat 23.00-da Avropa Liqasının qrup mərhələsində səfərdə “Dinamo Zaqreb”ə qarşı oynayacaqları oyun haqda deyib.
Milan Skrinyar son həftələr zəif oyunlarına baxmayaraq, toparlanmağa çalışdıqlarını və bunu bacardıqlarını iddia edib: "Son iki matçda əldə etdiyimiz nəticələr və performansımız istədiyimiz kimi olmadı. Amma bununla barışmaq niyyətində deyilik. Bu gün klubdakı atmosferi qaldırmaq üçün qalib gələcəyik. Bilirik ki, "Dinamo Zaqreb" burada güclü atmosfer yaradacaq. Onlar Xorvatiyanın ən böyük klubudur, çox yaxşı azarkeşləri var. Lakin biz buna öyrəşmişik, çünki stadionumuzda həmişə belə gözəl atmosfer var"
Fərid ASLAN
MİA.AZ