Bazar günü klub prezidenti seçkisində uduzan "Fənərbağça"nın artıq sabiq rəhbəri yeni prezidentə hər cür dəstək verəcəyini deyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, seçkinin ədalətli və şəffaf olduğunu qeyd edib.

O, məğlubuiyyəti haqda belə açıqlama verib: "Bir daha seçkinin necə şəffaf keçirildiyini nümayiş etdirdik. Son dərəcə şəfaf, sivil və ədalətli rəqabət çərçivəsində proses getdi. Sadettin bəy az fərqlə qalib gəldi. Yolunuz aydındır, sizə uğurlar arzulayıram. Hamımız eyni gəmidəyik. Görəcəyimiz çox şey var, mübarizə aparacağımız çox şey var. Artıq düşmən işəridə deyil, kənarda axtarmağın vaxtıdır".

Fərid
MİA.AZ